Preloader

Uğurlarımız

“Şirin” MMC qənnadı fabriki nəinki Azərbaycanda, beynəlxalq miqyasda müştərilərinə keyfiyyətli və tələblərə uyğun məhsul­ları təqdim etmək məqsədi ilə müasir dövrün tələbi olan beynəl­xalq keyfiyyət və idarəetmə standarlarının tələblərini fəaliyyət istiqamətləri üzrə tətbiq etməklə, beynəlxalq ISO 9001, ISO 22000 və HACCP standartaları üzrə sertifikatlar əldə etmişdir.Müəssisəmiz ilk beynəlxalq sertifikatını 2015-ci ildə 8 aylıq tətbiq layihəsinin nəticəsi olaraq ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemləri standartı üzrə əldə etmişdir.ISO 9001 Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyəti idarəetmə standartıdır.ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraq­lardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.“Şirin MMC” növbəti beynəlxalq sertifikat­ala­rını 2016-cı ilin son aylarında ISO 22000 Qida Təhlükəsizliyini İdarəedilməsi və HACCP Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri sistemləri üzrə əldə etmişdir.Qida təhlükəsizliyi - sağlamlıq üçün fəsadlar yarada biləcək təhlükəli faktorların qidanın tərkibində qalmaq, sonradan yaranmaq və ya sonradan qidanın tərkibinə daxil olmaq ehtimalının istisnası deməkdir. Hazırda dünyada qida təhlükəsizliyinin idarə edilməsi üçün ən çox istifadə olunan sistem HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemidir və bu, qida təhlükəsiz­liyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların eyniləşdiril­məsi, qiymətləndiril­məsi və onlara nəzarət mexanizmidir.

World Food 2013 Moscow Gold Medal

World Food 2013 Moscow Gold Medal

World Food 2013 Moscow Silver Medal

Shirin LLC ISO 9001:2008 certificate

World Food 2013 Moscow Silver Medal

Consumer Food Safety Platinum Mark