"ŞİRİN" Qənnadı fabriki növbəti uğura imza atdı

Dərc edilmə tarixi: 14-01-2016

Azad İstehlakçılar QTNŞ-nin 12 Dekabr 2014–cü il tarixli qərarı ilə " Şirin" MMC - nin Qənnadı fabrikinin şokolad, konfet, karamel və draje məmulatlarının istehsalı “Platin səviyyəli Qida Təhlükəsizliyi Nişanı”na layiq görülmüşdür.

AİQTN-nin “Platin” səviyyəli nişana layiq görülən müəssisə olaraq, “Şirin” MMC fəaliyyətlərini HACCP və Codex Alimentarius-un tələblərinə uyğun icra etməklə yanaşı, istehlakçıları üçün açıq qapı günləri, marketlərdə istehlakçı dequstasiyaları keçirir və şübhəli malların geri çağırılmasını həyata keçirir.