Yüksək keyfiyyət və təhlükəsiz qida – müştəri məmnuniyyətidir, müştəri məmnuniyyəti isə daimi gəlir gətirən biznesin təminatçısıdır.

Dərc edilmə tarixi: 28-01-2016

 “Şirin” MMC Azərbaycan Respublikasında insan sağlamlığı üçün təhlükəsiz və yüksək keyfiyyətli qənnadı məhsullarının (draje, karamel və konfet) istehsal və satışını təkcə Azərbaycanda deyil, beynalxalq miqyasda müştərilərimizə təqdim edərək, istəklərini qarşılamaqla hər zaman müştəri məmnuniyyətini qazanmağa çalışır. “Şirin” MMC fəaliyyətləri çərçivəsində, iş prosesinə cəlb olunan personalın təhlükəsizliyi, qida təhlükəsizliyi və ətraf mühitin müdafiəsinə xüsusi diqqət ayırır.Azərbaycanın qənnadı məmulatlarının istehsalı və satışı sahəsində lider şirkətlərindən olan “Şirin” MMC qənnadı fabriki 2015-ci ildə “ISO 9001Keyfiyyəti İdarəetmə Sistemləri”standartı üzrə beynəlxalq uyğunluq sertifikatlarına layiq görülmüşdür. Fəaliyyətinin 11-ci ilinə qədəm qoyan “Şirin” MMC yarandığı gündən öz fəaliyyətini beynəlxalq idarəetmə standartlarına uyğunlaşdırmaq istiqamətində mütəmadi olaraq ciddi addımlar atmışdır.

 

 

 

 2015-ci ildə müəssisənin xüsusi təyin olunmuş personal komandası “ISO 9001Keyfiyyət İdarəetmə Sistemləri” standartı üzrə beynəlxalq idarəetmə sistemlərininin uyğunluq sertifikatını almaq məqsədi ilə standartın tələbləri nəzərə alınmaqla, qısa müddət ərzində İdarəetmə Sistemləri üçün bütün zəruri proses, prosedur və təlimatları hazırlamışdır. Sertifikatlaşdırma mərhələsi üçün FQC (First Quality Certification) şirkətindən dəvət edilən aparıcı auditorlar tərəfindən aparılan yoxlamalar nəticəsində qeyd olunan bütün səhalərdə beynəlxalq standartların prinsiplərinə uyğunluq təsdiq olunmuşdur.