“Şirin” qənnadı fabriki WorldFood Moscow - 2016 beynəlxalq qida sənayesi sərgisində iştirak edib.

Dərc edilmə tarixi: 22-09-2016

“Şirin” qənnadı fabriki WorldFood Moscow beynəlxalq qida sənayesi sərgisində iştirak edib.  Qida sənayesinin bir çox sahələrini əhatə edən sərgi 11-14 sentyabr tarixlərində Moskva şəhərində, “Eksposentr” mərkəzi sərgi kompleksində baş tutub. Sərgi çərçivəsində Şirin MMC-nin rəhbəri Ramin Əliyev başda olmaqla, satış nümayəndəliyinin əmakdaşları Rusiya, Ukrayna və orta Asiya regional müştəriləriylə görüşlər keçirib, əməkdaşlığın daha perspektiv və effekti olması üçün danışıqlar aparılıb.

  

 Sərgi həm də kifayət qədər yeni potensial müştərinin marağına səbəb olub, fabrikin yeni çeşidlərinin prezentasiyası və dequstasiyası keçirilib. Sərgi çərçivəsində stendin qonaqları Azərbaycan yeyinti sahəsinin fərqli cəhətləri, “Şirin” qənnadı fabrikinin istehsal etdiyi məhsulların yüksək keyfiyyəti və beynəlxalq İSO standartlarının istehsalatda tətbiqi, əldə olunan nəticələr haqda da geniş bilgi verilib.